Saytımızda məlumatların oğurlanmasının, sui-istifadəsinin və dəyişdirilməsinin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri mövcuddur. İstənilən Müəllif və ya İcraçının qeydiyyatdan keçməsi yalnız saytımızın İstifadəçi razılaşmasını, Qaydalarını və Məxfilik siyasətini qəbul etməsindən sonra mümkündür.

 

Müəllif və İcraçılar tərəfindən təqdim olunan qeydiyyat məlumatları əməkdaşlarımız tərəfindən araşdırılaraq, ətraflı şəkildə yoxlanılır. Bu nəzərdən keçirtmə və doğrulama prosesi parolla qorunan verilənlər bazamıza girişə icazə verilməzdən əvvəl həyata keçirilir. İdeya axtarışına çıxan şirkətlərin nümayəndələrinin (bundan sonra “İcraçılar”) məlumatları tərəfimizdən ən yüksək səviyyədə qorunur və nəzarətdə saxlanılır.

 

Saytımızda təqdim olunan bütün materiallar və xidmətlər İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasətinə tabedir. Bu İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasəti saytın bütün İstifadəçilərinə şamil edilir. Saytdan istifadə etməklə siz bu İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasəti ilə heç bir dəyişiklik etmədən razılaşırsınız və onları oxuduğunuzu qəbul edirsiniz.

 

IDEAMARKET.AZ istənilən vaxt saytın və ya xidmətlərinin hər hansı aspektini və ya xüsusiyyətini dəyişdirə və ya dayandıra bilər.

 

 

İstifadəçi Razılaşması:

 

·         Bu razılaşma İstifadəçilər (həm Müəllif, həm də İcraçı) tərəfindən saytdan istifadə şərtlərini müəyyən edir.

 

·         Saytın materiallarından və xidmətlərindən istifadə mövcud Qanunvericiliyin, habelə bu razılaşmanın normaları ilə tənzimlənir.

 

·         İstifadəçi saytın xidmətlərindən istifadə etməklə, bu razılaşmaya qoşulur və saytın xidmətlərindən istifadə qaydalarına əməl etmək üçün onun şərtlərini və öhdəliklərini qəbul edir.

 

·         Saytın Administrasiya istənilən vaxt bu razılaşmanın şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir.

 

·         Digər İstifadəçiləri yanıltmaq, çaşdırmaq və ya aldatmaq niyyəti ilə başqa adamların, qrupların və ya təşkilatların adından hərəkət etmək qadağandır.

 

·         Saytın Administrasiya bu razılaşmanın şərtlərini, habelə digər şəxslərin hüquqlarını və ya mövcud Qanunvericiliyin müddəalarını pozan İstifadəçinin xidmətlərə çıxışını dayandırmaq və/və ya İstifadəçini bloklamaq hüququnu özündə saxlayır. Bloklanmış İstifadəçi saytın funksionallığından istifadə etmək hüququndan məhrumdur.

 

·         Saytın funksional imkanlarından istifadəsi məhdudlaşdırılmış və ya məlumatları etibarlılığını itirmiş İstifadəçinin Saytın Administrasiyanın icazəsi olmadan saytdan yenidən istifadə etmək hüququ yoxdur.

 

·         Saytın Administrasiya xüsusi forma doldurulduqdan sonra, bloklanmış istifadəçilər istisna olmaqla, bütün İstifadəçilərə saytda elanlar (ideyalar) yerləşdirmək hüququ verir.

 

·         Sayt Administrasiyası tərəfindən İstifadəçinin daxil etdiyi məlumatların verifikasiyası (yoxlanılması) həyata keçirilir və İstifadəçi üçün şəxsi kabinetinə giriş açılır.

 

·         Saytın Administrasiya İstifadəçinin saytda qeydiyyatdan keçərkən təqdim etdiyi məlumatlarının doğruluğunu yoxlamaq hüququna malikdir.

 

·         İstifadəçi Əqli Mülkiyyət, Müəllif Hüququ və/və ya əlaqəli hüquqlar da daxil olmaqla, Qanunvericiliyin və ya Beynəlxalq Hüququn pozulması sayıla biləcək hərəkətlərə, o cümlədən saytın normal işləməsinə mane olacaq və ya mane olacağına gətirib çıxara biləcək hər hansı digər hərəkətlərə yol verməməyi öhdəsinə götürür.

 

·         İstifadəçinin saytdakı elanları (ideyaları), şərhləri və digər qeydləri Qanunvericilik tələblərinə və ümumi qəbul edilmiş əxlaq və əqidə normalarına zidd olmamalıdır.

 

·         Saytın Administrasiya İstifadəçilər tərəfindən dərc olunan elanların (ideyaların) məzmununa, digər resurslara keçidlərə və elanların (ideyaların) təsvirində göstərilən digər məlumatlara görə məsuliyyət daşımır.

 

·         İstifadəçinin elanlarını (ideyalarını) dərc etmək hüququnu əldə etməsi üçün İstifadəçi Saytın Administrasiyasına paylaşımlardan, məlumatlardan, elanlardan, fotoşəkillərdən, Müəllif Hüquqlarından və Əqli Mülkiyyət Hüquqlarından, habelə təqdim etdiyi hər hansı digər məlumatlardan, müddətsiz yayımlamaq, paylaşmaq, toplamaq, emal etmək, nümayiş etdirmək, əks etdirmək hüququ verir. Yuxarıda sadalanan hüquqlar Saytın Administrasiyasına təmənnasız təqdim edilir. İstifadəçi Saytın Administrasiyası tərəfindən icazə verilmiş bütün digər İstifadəçilərə yerləşdirdiyi məlumata daxil olmaq hüququ verir. Eyni zamanda, İstifadəçi saytda yerləşdirdiyi materiallara dair hər hansı Əqli Mülkiyyət Hüququnu özündə saxlayır.

 

·         Saytın Administrasiya elanda (ideyada) yerləşdirilmiş hər hansı bilgi və məlumatların İstifadəçi tərəfindən təqdim edilməsi ilə əlaqədar üçüncü şəxslərin hüquqlarının pozulmasına görə məsuliyyət daşımır.

 

·         İstifadəçi saytın qaydalarına uyğun olaraq elanlar (ideyalar) yerləşdirməyi, onun satış və/və ya sövdələşmə şərtləri haqqında etibarlı və dolğun məlumat təqdim etməyi öhdəsinə götürür. İstifadəçi yerləşdirilən elanda (ideyada) qeyd etdiyi məlumatları yoxlamalı və yanlış və ya natamam məlumat aşkar etdikdə, elanda zəruri düzəlişlər və ya əlavələr etməlidir.

 

·         İstifadəçi, bütün patentlər, ticarət nişanları, kommersiya sirləri, Əqli Mülkiyyət Hüquqları da daxil olmaqla, saytdakı elanlarda (ideyalarda) bilgi və məlumatların yerləşdirilməsi üçün bütün lazımi hüquqlara, lisenziyalara, icazələrə sahib olduğunu və ya adlarının, şəkillərinin və ya digər obyektlərin istifadə edilməsi üçün üçüncü şəxslərin müvafiq yazılı razılığı, lisenziyası və ya icazəsi olduğunu təsdiqləyir.

 

·         Saytın Administrasiya İstifadəçidən yerləşdirilmiş elana (ideyaya) və ya İstifadəçinin təqdim etdiyi digər məlumatlarla bağlı təsdiqedici sənədlər və/və ya əlavə məlumatlar tələb etmək hüququna malikdir. Sayt bu cür sənədlər və ya məlumatlar təqdim edilənə qədər elan dərc edilməsini təxirə salmaq hüququna malikdir.

 

·         Qüvvədə olan Qanunvericiliyi pozan, ümumi qəbul edilmiş əxlaq normalarına zidd, təhqiredici və ya yersiz olan, həmçinin üçüncü şəxslərin hüquqlarını pozan elanların saytda dərc edilməsi qadağandır. İstifadəçi təqdim etdiyi məlumatların qüvvədə olan Qanunvericiliyi və bu razılaşmanin şərtlərini pozmadığından əmin olmalıdır. İstifadəçi tərəfindən təqdim olunmuş məlumatlar və onun saytdakı hərəkətləri aşağıdakı şərtlərə cavab verməlidir:

 

1. Yalan, qeyri-dəqiq və ya yanıldan, çaşdıran olmamalı;

 

2. Dələduzluğa, yalana və ya etibardan sui-istifadəyə səbəb olmamalı;

 

3. Oğurlanmış və ya saxta məlumatlı olmamalı;

 

4. Üçüncü şəxsin əmlakına, onun kommersiya sirrinə, müəllif və Əqli Mülkiyyət Hüquqlarına qəsd etməməli və ya şəxsi həyatının toxunulmazlığı hüququnu pozmamalı;

 

5. Kimlərinsə şərəf və ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatlar əks etdirməməli;

 

6. Kimlərəsə qarşı böhtan və ya hədə-qorxu tərkibli olmamalı;

 

7. Cinayət törədilməsinə və ya etnik ədavətin qızışdırılmasına sövq etməməli;

 

8. Terrorçuluq və ekstremist fəaliyyətə səbəb olmamalı, onları dəstəkləməməli, onlara səsləməməli;

 

9. Ədəbsiz olmamalı və ya pornoqrafik xarakter daşımamalıdır;

 

10.         Tərkibində kompüter virusları, habelə hər hansısa bir sistemin məlumatlarına və ya sistemin özünə, yaxud bir qisminə, yaxud şəxsi məlumatlara və ya digər məlumatlara (servisin məlumatları da daxil olmaqla) zərər vurulmasına, icazəsiz müdaxiləyə məruz qalmasına, gizli ələ keçirilməsinə və ya mənimsənilməsinə yönəlmiş digər kompüter proqramları olmamalı;

 

11.         Tərkibində yerləşdirilən elana (ideyaya) aid olmayan, reklam xarakterli materiallar olmamalı;

 

12.         Üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaş təsviri hüququnu və üçüncü şəxslərin digər hüquqlarını pozmamalı;

 

13.         Heç bir şəkildə qüvvədə olan Qanunvericiliyi pozmamalıdır.

 

·         Elanda digər internet-saytlarının səhifələrinə keçidlər paylaşmaq qadağandır.

 

·         Saytın Administrasiya özündən asılı olan və ya olmayan səbəblərə görə hər hansı elanın yayımının yerini dəyişmək, saxlamaq, xitam vermək və ya yayım vaxtını uzatmaq hüququna malikdir.

 

·         İstifadəçi qüvvədə olan Qanunvericiliyə uyğun olaraq, dərc etdiyi elanların (ideyaların) məzmununa görə tam və müstəsna məsuliyyət daşıyır.

 

·         İstifadəçinin saytda elan (ideya) yerləşdirilməsi ödənişli əsaslarla həyata keçirilir. İstifadəçi təqdim olunan 3 ödəniş cədvəlindən birini seçmək imkanına malikdir. İstifadəçi ödəniş etdikdən sonra, hər ödəniş cədvəlində icazə verilən sayda elan (ideya) yerləşdirə bilər. Sayt Administrasiyası gələcəkdə bu ödəniş cədvəllərinin məzmununu və qiymətini dəyişdirmək hüququna sahibdir.

 

·         Sayt Administrasiyası İstifadəçinin poçt ünvanına məktub göndərərək, dərc etdiyi elanın (ideyanın) dərc müddətinin tükənməsi barədə məlumat verəcəkdir. İstifadəçi ödəniş cədvəlinə uyğun yerləşdirilmiş elanlarının dərc müddəti bitdikdə, saytda başqa elan yerləşdirmək üçün yenidən ödəniş etməlidir.

 

·         Ödənişli xidmətlərin aktivləşdirilməsi həmin xidmətlərə görə ödəniş etdiyiniz zaman baş verir. Ödənişli xidmətin məbləği xidmət aktivləşdirildikdən sonra geri qaytarılmır.

 

·         Sayt Administrasiya İstifadəçilərin ödəniş etdikləri zaman ödəniş sistemlərinin işində yaranmış hər hansı nasazlığa görə məsuliyyət daşımır. Bu halda pul vəsaitinin geri qaytarılması məsələsi fərdi qaydada həll olunur.

 

·         Saytda İstifadəçiyə seçilmiş ödənişli xidmətlərin aktual qiyməti barədə vizual məlumat veriləcəkdir. Saytda göstərilən bütün qiymətlər ƏDV-nin (Əlavə Dəyər Vergisi də daxil olmaqla) nəzərə alındığı qiymətlərdir.

 

·         Ödənişli xidmətin göstərilməsi həmin ödənişli xidmətin ödənişinin saytın hesabına tam köçürülməsindən sonra başlayır.

 

·         Elanın (ideyanın) İstifadəçi tərəfindən ləğv edilməsi ilə əlaqədar yayımının vaxtından əvvəl dayandırıldığı halda və ya elanın (ideyanın) mövzusu İstifadəçi tərəfindən dəyişdirildiyi halda, bu elana (ideyaya) və əlaqədar ödənişli xidmətlərə görə istifadə olunmamış müddət üçün ödənilən məbləğ geri qaytarılmır.

 

·         İstifadəçilər saytda yerləşdirilmiş elanların (ideyaların) müzakirə olunması üçün “Gələn və Göndərilən Məktublar xidmətlərindən istifadə edə bilərlər. Bu xidmətlərdən başqa məqsədlərlə istifadəsi qadağandır.

 

·         Sayt Administrasiya İstifadəçilərə saytın fəaliyyəti, reklam və xəbər göndərişləri, saytın yeni funksiyaları və s. ilə bağlı İstifadəçilərin göstərdiyi elektron poçt ünvanlarına, telefon nömrələrinə elektron məktublar və/və ya qısa mesajlar (SMS-mesajları) göndərmək hüququnu özündə saxlayır.

 

·         İstifadəçinin Sayt Administrasiyası ilə yazışmaları saytda göstərilən elektron poçt ünvanı üzərindən həyata keçirilir.

 

·         İstifadəçi istənilən vaxt müvafiq sorğu göndərməklə, telefon nömrəsinə və ya elektron poçt ünvanına mesaj (məktub) göndərilməsindən imtina edə bilər.

 

·         Saytın Administrasiya saytın yerləşdiyi domen adının, saytın özünün, eləcə də saytın bütün proqram təminatının müstəsna sahibidir.

 

·         Saytın Administrasiya İstifadəçiyə üçüncü şəxslərə ötürmək hüququ olmadan saytın imkanlarından istifadə etmək üçün şəxsi, pulsuz, müstəsnasız lisenziya təqdim edir.

 

·         Belə bir lisenziya İstifadəçiyə saytın imkanlarından istifadə etmək və saytın funksiyalarına uyğun olaraq, onlardan faydalanmaq imkanı təqdim etmək üçün nəzərdə tutulmuşdur.

 

·         Saytın Administrasiyanın (saytın) Əqli Mülkiyyətinin (proqram təminatı da daxil olmaqla) hamısını və ya hər hansısa bir hissəsini kopyalamaq, dəyişmək, yaymaq, satmaq (satıb pula çevirmək), dəyişdirmək və ya icarəyə vermək, o cümlədən, Saytın Administrasiyanın yazılı icazəsi olmadan, proqram təminatının mənbə kodunu sındırmaq və ya əldə etməyə cəhd etmək qadağandır.

 

·         Bundan əlavə, İstifadəçi aşağıdakı öhdəlikləri üzərinə götürür:

 

1. Sayt infrastrukturunun həddindən artıq yüklənməsinə səbəb ola biləcək heç bir tədbir görməməyi;

 

2. Administrasiyanın əvvəlcədən yazılı razılığı olmadan, saytda olan hər hansı məlumatları kopyalamamağı, çoxaltmamağı, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;

 

3. Saytın fəaliyyətinə mane olmamağı;

 

4. Məlumatların və məlumat bazasının qanunsuz yüklənməsinə (toplanmasına), ötürülməsinə, kopyalanmasına, bloklanmasına, modifikasiyasına, ləğv edilməsinə, habelə Sayt Administrasiyası tərəfindən saytın parametlərində müəyyən edilmiş məhdudiyyətlərin nəzərə alınmamasına yönəlmiş hər hansı kompüter proqramlarından, robotlardan və ya digər avtomatik alqoritm və metodlardan istifadəyə etməməyi;

 

5. İstifadəçi Saytın Administrasiyanın yazılı razılığı olmadan sayta giriş əldə etmək üçün xüsusi PT-dən (proqram təminatından) istifadə etməməyi;

 

6. Sayt Administrasiyanın yazılı icazəsi olmadan, elan (ideya) yerləşdirilməsinin qaydalarından yan keçməklə, elanlar (ideyalar) yerləşdirməyə imkan verən xüsusi proqram təminatından istifadə etməməyi.

 

·         İstifadəçi özü haqqında məlumatları məhz öz maraqları mövqeyindən, o cümlədən İstifadəçi ilə ünsiyyət qurulmasını və/və ya İstifadəçinin identifikasiyasını asanlaşdırmaq üçün yerləşdirir.

 

·         Sayt Administrasiyası İstifadəçilərə hər hansı bir şəxsin qeyri-qanuni əməlləri nəticəsində dəymiş zərərə, itirilmiş mənfəətə, gəlirlərə, maliyyə itkilərinə və ya dolayı, faktiki, təsadüfi və ya cərimə xarakterli zərərlərə görə məsuliyyət daşımır.

 

·         İstifadəçi saytın xidmətlərindən istifadə etməklə, saytın İstifadəçi razılaşmanın, Qaydalarının və Məxfilik Siyasətinin bütün şərtləri ilə tam və qeyd-şərtsiz razılığını təsdiqləyir.

 

·         Sayt bir alət olaraq İstifadəçilərin bu Razılaşma ilə və saytın digər qaydaları ilə icazə verilən qaydada elanlar (ideyalar) yerləşdirmək imkanı təqdim edən bir vasitədir.

 

·         Saytın Administrasiya İstifadəçilər tərəfindən təqdim olunan elanlarda (ideyalarda) yerləşdirilən məlumatların doğruluğuna nəzarət etmirdoğruluğuna görə heç bir məsuliyyət daşımır.

 

·         Saytın Administrasiya hər hansı (o cümlədən istifadəçinin poçt ünvanına) mesajların (məktubların) məzmununa, habelə İstifadəçilərin öz istəyi ilə bölüşdüyü əlaqə məlumatlarının digər şəkildə istifadəsinə görə heç bir məsuliyyət daşımır.

 

·         İstifadəçi razılaşır ki, İstifadəçi ilə saytın digər İstifadəçiləri arasında yaranan bütün mübahisələr Saytın Administrasiyanın iştirakı olmadan, İstifadəçi tərəfindən müstəqil şəkildə həll edilir. Sayt Administrasiyası yalnız bu mübahisələrin həlli zamanı lazım ola biləcək məlumatlar təqdim etməklə tərəflərə kömək edə bilər.

 

·         İstifadəçi razılaşır ki, digər İstifadəçilər ilə əlaqə qurduqdan sonra istənilən mümkün və ya yaranmış itki və zərərlərə görə Sayt Administrasiyası İstifadəçi qarşısında məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.

 

·         Sayt Administrasiya üçüncü şəxslər tərəfindən sayta və ya sayt vasitəsilə ötürülə bilən istənilən proqram təminatının nöqsanları, nasazlığı və digər texniki və ya proqram təminatın problemlərinə, eləcə də səhvlər, proqram virusları və s. bu kimi nöqsanlara görə məsuliyyət daşımır.

 

·         İstifadəçi yalnız qüvvədə olan Qanunvericiliyə və bu razılaşmaya uyğun olaraq hərəkət etməyi, eləcə də Qanunvericiliyə uyğun olaraq, saytda və sayt xidmətlərindən istifadə edərkən yol verdiyi hərəkətlərə və hərəkətsizliyə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.

 

·         Saytın digər İstifadəçisi tərəfindən İstifadəçinin hüquqları pozulduğu (intellektual mülkiyyət obyektindən qeyri-qanuni istifadə və s.) təqdirdə, hüquqları pozulmuş İstifadəçi müvafiq şikayətlə Saytın Administrasiyasına müraciət edə bilər. Saytın Administrasiya şikayətə baxmağı və şikayətin əsaslandırılmış olduğu halda, istifadəçi hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görməyi öhdəsinə götürür.

 

·         Bu İstifadəçi razılaşma İstifadəçinin şəxsi kabinetinin olub-olmadığından və ya elan (ideya) yerləşdirib-yerləşdirmədiyindən asılı olmayaraq, saytdan istifadə etməyə başladığı andan qüvvəyə minir və müddətsiz qüvvədə qalır.

 

·         Mübahisələr yarandığı təqdirdə, razılaşma tərəfləri bu mübahisələri danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürür. Bu razılaşmanın icrası zamanı yaranan mübahisələr qüvvədə olan Qanunvericiliyə uyğun olaraq həll edilməlidir.

 

·         Məhkəmə tərəfindən razılaşmanın hər hansı müddəasının etibarsız və ya icraedilməz kimi tanınması razılaşmanın digər müddəalarının etibarsız olmasına səbəb olmur.

 

·         Hər hansı bir İstifadəçi tərəfindən razılaşmanın müddəaları pozulduğu təqdirdə, Saytın Administrasiyanın hərəkətsizliyi onun gələcəkdə öz maraqlarının və hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görmək hüququndan məhrum etmir.

 

·         Bu razılaşmada nəzərdə tutulmayan bütün digər şərtlər və hallar ayrıca, fərdi qaydada tənzimlənir.

 

·         Bu razılaşmaya əlavələr onun ayrılmaz hissəsidir.

 

·         Sayt Administrasiyası istənilən vaxt İstifadəçi razılaşmasının hər hansı aspektini və ya xüsusiyyətini dəyişdirə və ya dayandıra bilər.