Saytımızda məlumatların oğurlanmasının, sui-istifadəsinin və dəyişdirilməsinin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri mövcuddur. İstənilən Müəllif və ya İcraçının qeydiyyatdan keçməsi yalnız saytımızın İstifadəçi razılaşmasını, Qaydalarını və Məxfilik siyasətini qəbul etməsindən sonra mümkündür.

 

Müəllif və İcraçılar tərəfindən təqdim olunan qeydiyyat məlumatları əməkdaşlarımız tərəfindən araşdırılaraq, ətraflı şəkildə yoxlanılır. Bu nəzərdən keçirtmə və doğrulama prosesi parolla qorunan verilənlər bazamıza girişə icazə verilməzdən əvvəl həyata keçirilir. İdeya axtarışına çıxan şirkətlərin nümayəndələrinin (bundan sonra “İcraçılar”) məlumatları tərəfimizdən ən yüksək səviyyədə qorunur və nəzarətdə saxlanılır.

 

Saytımızda təqdim olunan bütün materiallar və xidmətlər İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasətinə tabedir. Bu İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasəti saytın bütün İstifadəçilərinə şamil edilir. Saytdan istifadə etməklə siz bu İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasəti ilə heç bir dəyişiklik etmədən razılaşırsınız və onları oxuduğunuzu qəbul edirsiniz.

 

IDEAMARKET.AZ istənilən vaxt saytın və ya xidmətlərinin hər hansı aspektini və ya xüsusiyyətini dəyişdirə və ya dayandıra bilər.

 

 

Məxfilik siyasəti:

Bu Məxfilik siyasəti IDEAMARKET.AZ saytının İstifadəçi razılaşmasının ayrılmaz tərkib hissəsidir. Bu Məxfilik siyasəti İstifadəçinin (həm Müəllif, həm də İçraçı) fərdi məlumatlarının alınması, saxlanılması, işlənməsi, istifadəsi, açılması və mühafizəsi qaydalarını müəyyən edir. Fərdi məlumatlar bazasının sərəncamçısı Sayt Administrasiyasıdır.

Fərdi məlumatların işlənilməsi:

·         Fərdi məlumatların işlənilməsi dedikdə, fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların toplanması, istifadəsi, qeydiyyatı, yazılması, sistemləşdirilməsi, uyğunlaşdırılması, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, məhv edilməsi) nəzərdə tutulur.

·         İstifadəçi sayta özü haqqında fərdi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, bununla da fərdi məlumatların və informasiyanın Saytın Administrasiyası tərəfindən işlənməsinə, mübahisəli vəziyyət yaranarsa istifadə olunmasına öz razılığını bildirir.

 

Fərdi məlumatların işlənilməsinin məqsədləri aşağıdakılardır:

 

·         Eyni istifadəçinin saytda təkrarən qeydiyyatdan keçməsinin qarşısının alınması;

 

·         İstifadəçinin saxta məlumatlar təqdim edərək qeydiyyatdan keçməsinin qarşısının alınması;

 

·         Saytda dərc olunmuş elanların (ideyaların) oğurlamasının qarşısının alınması;

 

·         Hər hansı sual yaradan (mübahisəli) vəziyyət yaranarsa onun həll edilməsi üçün istifadə;

 

·         İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qarşısının alınması;

 

·         Qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi.

İstifadəçinin məlumatlarının toplanması:

İstifadəçinin fərdi məlumatları onun razılığı əsasında aşağıdakı hallarda toplana bilər:

 

·         İstifadəçinin saytda qeydiyyatı zamanı;

 

·         İstifadəçi sayta giriş etdiyi zaman;

 

·         Göndərişlərə abunə olaraq yazılma zamanı;

 

·         İstifadəçilər arasında sorğuların keçirilməsi zamanı;

 

·         Saytdan istifadənin başqa hallarında.

 

Sayt İstifadəçilər haqqında aşağıdakı informasiyaları toplayır:

 

·         Saytdan istifadə zamanı İstifadəçinin daxil etdiyi fərdi məlumatlar (İstifadəçinin adı, soyadı və atasının adı, elektron poçt ünvanı və şifrə, telefon nömrəsi, ünvanı, şəxsiyyət vəsiqəsi və onun fin kodu, təmsil etdiyi şirkət və vəzifəsi və s.)

 

·         Sayta giriş zamanı proqram təminatı tərəfindən avtomatik toplanan texniki informasiya.

 

Digər:

 

·         Saytın Administrasiyası irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini dünyagörüşü, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət məsuliyyətinə cəlb olunma, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.

 

·         Saytın Administrasiyası digər İstifadəçilərə və sayta aidiyyəti olmayan üçüncü şəxslərə İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları ötürmür. İstifadəçi yalnız öz istəyi ilə şəxsi məlumatlarını qarşı tərəfə ötürə bilər.

 

·         İstifadəçinin məlumatların ötürülməsinə icazə verməsi halında və ya Qanunvericiliklə nəzərdə tutulmuş hallarda məlumatların ötürülməsi istisna olunur.

 

·         Saytın Administrasiyası saytdan istifadə prossesində İstifadəçilər tərəfindən verilmiş informasiyanı və fərdi məlumatları satmır və icarəyə vermir, paylaşmır.

Tərəflərin hüquq və vəzifələri:

İstifadəçinin hüquq və vəzifələri:

 

·         İstifdəçilər saytda dərc olunan elanların (ideyaların) və digər informasiyaların (məlumatların) məxfiçiliyini qoruyacağını təsdiq edir və bu məlumatların üçüncü tərəfə ötürülməsinin qadağan olunduğunu qəbul edir.

 

·         İstifdəçilər saytın işləmə prinsiplərinin kopiyalanmasının, üçüncü tərəfə ötürülməsinin qadağan olunduğunu qəbul edir. Bu kimi fəaliyyətlər müəlliflik hüququnun pozulması sayılır və qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

 

·         İstifadəçi saytdan istifadə zamanı verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt saytın qaydaları çərçivəsində qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.

 

·         Saytın İstifadəçisi başqa İstifadəçi tərəfindən verilmiş məlumatlardan, belə İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək hüququnun təsdiqi olmadan istifadə etməməyi öhdəsinə götürür.

 

Administrasiyanın hüquq və vəzifələri:

 

·         Administrasiya İstifadəçinin fərdi məlumatlarının digər şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün tədbirləri görür.

 

·         Sayt tərəfindən İstifadəçilərin toplanmış və işlənmiş bütün fərdi məlumatları Saytın Administrasiyası tərəfindən gizli saxlanılır.

 

·         İstifdəçilərin şəxsi məlumatlarına yalnız Saytın Administrasiyasının girişi vardır. İştirakçıların bir-birilərinin şəxsi məlumatlarını görmək hüquqları yoxdur. Yalnız İstifadəçi öz istəyi ilə şəxsi məlumatlarını sayt vasitəsilə digərləri ilə bölüşə bilər. Bu zaman Sayt Administrasiyası heç bir məsuliyyət daşımır.

 

·         Saytın İstifadəçisi şəxsi məlumatlarının saytdan silinməsinə sorğu göndərə bilər. Belə bir sorğu olduqda, onun haqqında toplanan bütün şəxsi məlumatlar silinəcək və gələcəkdə həmin məlumatlardan istifadə etməklə Sayta girişin təmin edilməsinə zəmanət verilməyəcək.

 

·         İstifadəçi şəxsi məlumatlarının silinməsi üçün [email protected] vasitəsilə Saytın Administrasiyası ilə əlaqə saxlaya bilər.

 

·         İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.

 

Cookies, veb-mayaklar və bənzər texnologiyalar:

·         Sayt informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar veb-saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, Sayt xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.

 

·         Cookies – Saytdan alınmış elə məlumatlar ki, İstifadəçinin brauzerində saxlanılır, əgər İstifadəçi təkrar olaraq həmin məlumatlara baş çəkərsə, sayta yollanır. Cookies faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Saytdan istifadəni yüngülləşdirir. Cookies faylları özündə şəxsi məlumatları saxlamır.

 

·         Sayt tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin Cookies fayllarının İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Saytdan istifadəni davam edərək, İstifadəçi Sayta Cookies fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.

 

·         Veb mayaklar – veb xətaları və ya piksel teqləri kimi də tanınan veb mayakları veb səhifələrə və ya e-poçtlara daxil edilmiş kiçik, çox vaxt görünməz, qrafik şəkillər və ya kod parçalarıdır. Onlar İstifadəçi fəaliyyətini izləmək və vebsayt ziyarətləri, e-poçt açılışları və istifadəçi qarşılıqlı əlaqələri haqqında məlumat toplamaq üçün istifadə olunur.

 

·         Bənzər texnologiyalar – brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies", "HTML 5 cookies" kimi texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.

 

·         Sayt Cookies və bənzər texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda qalan və Cookies, həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçi belə Cookies və bənzər texnologiyaları bloklamaqda, silməkdə və ya kəsməkdə, əgər İstifadəçinin qurğusu buna icazə verirsə, haqlıdır.

 

·         Cookies və bənzər texnologiyalara icazə olunmamış girişin qarşısını almaq üçün Sayt Administrasiyası bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Sayt Administrasiyası zəmanət verir ki, yalnız Sayt Administrasiyası və/və ya sayt xidmətlərinin səlahiyyətli təchizatçıları Cookies məlumatlarına girişə malikdirlər.

 

·         Sayt Administrasiyası saytın uyğun olan xidmətlərinin İstifadəçiyə verilməsi, həmçinin də saytın bilavasitə fəaliyyəti ilə bağlı başqa məqsədlər üçün xidmətlərin bəzi səlahiyyətli təchizatçılarından istifadə edir. Xidmətlərin belə təchizatçıları həmçinin saytın (kənar Cookies) xidmətləri vasitəsilə Cookies-i İstifadəçinin qurğusunda yerləşdirə bilərlər. Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya başqa eyniləşdiriciləri toplaya bilərlər.

 

·         Saytın yuxarıda göstərilmiş texnologiyalardan istifadə vasitəsilə toplayıb və saxladığı istənilən informasiyadan İstifadəçinin icazəsi ilə istifadə olunur.

 

·         İstifadəçi brauzerin və ya qurğunun parametrlərində Cookies-i idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində " Cookies saxlamamaq" bəndində bayraqcığı qurmaq, həmçinin "Cookies təmizləmək" düyməsini basmaq lazımdır.

 

·         Sistemdə olan texniki xarakterli informasiya, məsələn, IP-ünvanlar, Sayt tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə olunur.

 

·         Sayt Administrasiyası İstifadəçinin sistemə son girişinin məlumatlarını saxlayır.

 

 

 

Məxfilik siyasətinə dəyişikliklər edilməsi:

·         Sayt Administrasiyası Məxfilik siyasətinə birtərəfli qaydada dəyişikliklər edə, silə və ya yeniləyə bilər.

 

·         Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o saytdan istifadəni dayandırmalıdır. Əgər İstifadəçi saytdan istifadə etməyə davam edirsə, o razılaşır və bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeniliklərini bütövlükdə qəbul edir.