Saytımızda məlumatların
oğurlanmasının, sui-istifadəsinin və dəyişdirilməsinin qarşısını almaq məqsədilə
təhlükəsizlik tədbirləri mövcuddur. İstənilən Müəllif və ya İcraçının
qeydiyyatdan keçməsi yalnız saytımızın İstifadəçi razılaşmasını, Qaydalarını və
Məxfilik siyasətini qəbul etməsindən sonra mümkündür.
Müəllif və
İcraçılar tərəfindən təqdim olunan qeydiyyat məlumatları əməkdaşlarımız tərəfindən
araşdırılaraq, ətraflı şəkildə yoxlanılır. Bu nəzərdən keçirtmə və doğrulama
prosesi parolla qorunan verilənlər bazamıza girişə icazə verilməzdən əvvəl həyata
keçirilir. İdeya axtarışına çıxan şirkətlərin nümayəndələrinin (bundan sonra
“İcraçılar”) məlumatları tərəfimizdən ən yüksək səviyyədə qorunur və nəzarətdə
saxlanılır.
Saytımızda təqdim
olunan bütün materiallar və xidmətlər İstifadəçi razılaşması, Qaydalar və Məxfilik
siyasətinə tabedir. Bu İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasəti
saytın bütün İstifadəçilərinə şamil edilir. Saytdan istifadə etməklə siz bu
İstifadəçi razılaşması, Qaydalar və Məxfilik siyasəti ilə heç bir dəyişiklik
etmədən razılaşırsınız və onları oxuduğunuzu qəbul edirsiniz.
IDEAMARKET.AZ istənilən
vaxt saytın və ya xidmətlərinin hər hansı aspektini və ya xüsusiyyətini dəyişdirə
və ya dayandıra bilər.
Qaydalar:
·
IDEAMARKET.AZ saytında elanların (ideyaların)
yerləşdirilməsi İstifadəçi razılaşması ilə tənzimlənir.
·
Bu Qaydalar saytın İstifadəçi razılaşmasının
ayrılmaz tərkib hissəsidir.
·
Qaydaların
pozulması
elan (ideya) sahiblərinin (müəlliflərin),
həmçinin bu elanlara (ideyalara) baxış keçirənlərin (icraçıların) şəxsi hesablarının bloklanması ilə nəticələnə
bilər.
·
Nəzərdə
saxlayın ki, bütün elanlar (ideyalar) onlara
əlavə ödənişli
xidmətlərin tətbiq edilib-edilməməsindən
asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta
ödənişi həyata keçirilmiş elanlar (ideyalar) da blok oluna və ya silinə bilər.
·
Saytda
İstifadəçilər üçün bərabər şəraitin təmin
edilməsi məqsədilə hər kəs elan (ideya) yerləşdirməzdən
və
ya saytda yerləşdirilmiş elanlara (ideyalara) baxış keçirməmişdən əvvəl IDEAMARKET.AZ-ın Qaydaları ilə tanış olmalıdır.
·
IDEAMARKET.AZ saytı Müəllif və İcraçılar arasında əlaqələndirici
rolunu oynayır. İcraçı saytımızda yerləşdirilmiş ideyaların arasından marağını
cəlb edən ideyanın Müəllifi ilə əlaqə yaradır. İdeyanı seçən İcraçı ilə Müəllif
arasındakı sonrakı təmaslar və ya sövdələşmələr sırf bu iki tərəf arasında baş
verdiyinə görə, IDEAMARKET.AZ saytı artıq bu mərhələdən sonra heç
bir məsuliyyət daşımır. Müəllif və İcraçı birlikdə hansısa platforma üzərindən
və ya görüşərək gələcək sövdələşməni müzakirə edəcəklərinə qərar verirlər. Məsləhət
görürük ki, İcraçı ilə aparılan bütün yazışmalar sövdələşmə müqaviləsi
imzalanan vaxtadək saxlanılsın.
·
Xidmətdən istifadə etmək üçün sizdən adınız, e-poçt
ünvanınız, istifadəçi adı, şifrəniz, şəxsiyyət vəsiqəsi və digər şəxsi məlumatlarınız
tələb olunur. Razılaşırsınız ki, saytımıza verdiyiniz hər hansı qeydiyyat məlumatı
həmişə dəqiq, düzgün və aktual olacaqdır. Siz başqasını təqlid etməməli və digər
şəxsə məxsus məlumatı və ya e-poçt ünvanı təqdim etməməlisiniz.
·
Heç bir Müəllifin və ya İcraçının əlaqə məlumatı
açıq şəkildə saytda göstərilmir. Bu məlumat yalnız İcraçı tərəfindən onu
maraqlandıran ideya haqqında əlavə məlumat almaq və ya rəsmi sövdələşmə təklifi
etmək üçün müraciət edildikdə, yalnız Müəllifin özü tərəfindən açıqlanır və ya əksinə.
Biz İstifadəçilərimizin elektron poçt ünvanlarını, əlaqə və ya şəxsi məlumatlarını
üçüncü tərəfə, üzvlərə və ya üzv olmayanlara paylaşmır, satmır və ya başqa şəkildə
yaymırıq.
·
Siz başqalarının hüquqlarını və ya qanunları pozan,
ədəbsiz, təhqiramiz, hədələyici, böhtan xarakterli və ya başqa cür etiraz
doğuran hər hansı materialı saytda yerləşdirməməlisiniz.
·
Ticarət nişanı, müəlliflik və ya digər mülkiyyət
hüququ sizə məxsus olmayan hər hansı bir ideyanı sayta yükləməməli, yerləşdirməməli
və ya başqa şəkildə təqdim etməməlisiniz.
·
Siz müəllif hüquqlarının, ticarət nişanlarının və
ya digər mülkiyyət hüquqlarının pozulması nəticəsində yaranan hər hansı digər zərərə
görə məsuliyyət daşıyır, saytın qaydalarını və İstifadəçilərin hüquqlarını
pozmayacağınıza zəmanət verirsiniz.
·
IDEAMARKET.AZ sizin təqdim etdiyiniz ideyaların
mülkiyyət hüququna iddia etmir.
·
Siz IDEAMARKET.AZ saytından
və onun təklif etdiyi xidmətlərdən yalnız qanuni məqsədlər üçün istifadə edə
bilərsiniz. Hesabınız hər hansı qeyri-qanuni və ya icazəsiz məqsədlər üçün
istifadə edilməməli və heç bir qanun pozuntusuna yol verməməlisiniz.
·
IDEAMARKET.AZ saytı uyğunsuz hesab etdiyi və ya
qaydaları pozan hər hansı materialı saytdan silmək hüququnu özündə saxlayır.
·
Müəllifin razılığı olmadan İcraçı hər hansı bir
ideyanı icra edə, məzmununu dəyişdirə, dərc edə, ötürə, köçürə və ya satışında
iştirak edə, onlardan törəmə əsərlər yarada, nümayiş etdirə və ya hər hansı bir
şəkildə hər hansı formatda istifadə edə bilməz.
·
Müəllifin Əqli Mülkiyyət hüququnun İcraçı tərəfindən
pozulduğu halda, İcraçıya qarşı bütün mövcud hüquqi müdafiə vasitələrinə müraciət
etmək hüququna məxsusdur.
·
Biz istənilən vaxt
saytın Qaydalarını, İstifadəçi razılaşmasını və Məxfilik siyasətini yeniləmək
hüququmuzu özümüzdə saxlayırıq. Bu cür düzəlişlər, saytda yeni Qaydalar, İstifadəçi
razılaşması və Məxfilik siyasəti yerləşdirməyimizlə, sizə xəbərdarlıq edildikdən
dərhal sonra qüvvəyə minir. Xəbərdarlıq aldıqdan sonra saytdan və ya təqdim
etdiyimiz xidmətlərdən hər hansı istifadəniz bu düzəlişləri qəbul etdiyiniz deməkdir.
·
Siz qəbul
edirsiniz və razılaşırsınız ki, bu saytı və bu Qaydaları, İstifadəçi
razılaşmasını və Məxfilik siyasətini vaxtaşırı nəzərdən keçirmək və hər hansı dəyişiklikdən
xəbərdar olmaq sizin məsuliyyətinizdir.
Qeyd: Müəlliflərə
ideyalarını Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan
keçirdikdən sonra saytımıza yerləşdirməyi tövsiyə edirik. Çünki, İcraçılara təqdim
etməzdən öncə ideyalarının qorunması üçün tədbirlərin həyata keçirilməsi Müəllifin
müstəsna məsuliyyətidir.
Elanın (ideyanın) yerləşdirilməsi:
·
İstifadəçi
(Müəllif)
seçdiyi “Qiymət
cədvəli”-nə uyğun sayda sayta elan (ideya) yerləşdirə bilər. Yerləşdirilmiş elanlar (ideyalar) təkrarlanmamalı, digər İstifadəçilərin
(Müəlliflərin) və ya İstifadəçi olmayan digər şəxslərin Əqli Mülkiyyət, Müəllif
Hüququ və/və ya əlaqəli hüquqlar da daxil olmaqla, Azərbaycan Respublikası Qanunvericiliyini
və ya Beynəlxalq Hüququn tələblərini pozmamalı və saytın qaydalarına zidd olmamalıdır. Elanın (ideyanın) aktivlik müddəti seçilmiş “Qiymət
cədvəli”-nə uyğun olaraq, 3,6,12 ay
müddətində ola bilər. Bu müddət başa çatdıqda elanın (ideyanın) dərc olunması avtomatik olaraq dayandırılır.
Bu halda İstifadəçi (Müəllif) “Qiymət cədvəli”-lərindən birini seçməklə və
ödəniş etməklə, ya bu elanı (ideyanı) bərpa edə, ya da yenisini yerləşdirə bilər.
·
İstifadəçi
(Müəllif)
elan (ideya) yerləşdirdiyi andan etibarən aktivlik müddəti
ərzində elanı qaydalara uyğun
olaraq redaktə edə bilər.
·
Elan
(ideya)
yerləşdirərkən əmin olmalısınız ki, elan (ideya) saytın qaydalarına tam olaraq uyğundur. Elan
(ideya)
dərc edildikdən sonra belə, Saytın Administrasiyası tərəfindən təkrar yoxlama zamanı qayda
pozuntusu aşkar edilərsə, həmin elanlara (ideyalara) düzəliş etmək və saytdan silmək hüququnu Saytın Administrasiyası özündə saxlayır.
Elanın (ideyanın) təsviri:
·
Elanın (ideyanın) təsvir hissəsində eyni anda bir
neçə məhsulun qeyd olunmasına yol verilmir.
·
Elanın (ideyanın) təsviri qrammatik
cəhətdən düzgün yazılmalı, fikirlər dəqiq ifadə olunmalı, tam şəkildə başlığa və təklif olunan
məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda (ideyada) yalnız bir məhsul növünü və ya xidməti təsvir
etməyə icazə verilir. Təsvirə əlavə edilən açar sözlər (tag-lar) təsvir
olunan məhsul və ya xidmətə aid
olmalı və digərlərini ehtiva
etməməlidir.
·
Məhsulun və ya xidmətin bütün detalları, xüsusiyyətləri və
xarakteristikaları elanın (ideyanın) təsvirində
göstərilməlidir. Dərc olunan elanlarda (ideyalarda) keçid linki yerləşdirmək qadağandır.
·
Elanın (ideyanın) təsvirində
telefon nömrəsinin, elektron poçt ünvanının, Skype, WhatsApp, Instagram, Facebook və digər sosial
şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Elanla (ideya ilə)
maraqlanan İcraçılar sayt üzərindən həmin elanın (ideyanın) Müəllifi ilə əlaqə
saxlaya bilərlər.
·
Elanın
(ideyanın)
təsvirində digər İstifadəçilərə qarşı təhqiredici və ya tənqidi ifadələr işlədilməməlidir.
·
Saytın Administrasiyası Qaydalara uyğun olaraq elanın (ideyanın) təsvirini tam və ya qismən redaktə etmək
hüququnu özündə saxlayır.
·
Elanın (ideyanın) təsvirində Qaydalara uyğun olaraq
düzəlişlər etmək mümkün olmadıqda, Saytın Administrasiyası saytın formatına uyğun gəlməyən elanı (ideyanı) dərc etməmək hüququnu özündə saxlayır.
Qara siyahı:
·
Saytın Administrasiyasına və ya digər
İstifadəçilərə qarşı hörmətsizlik edildikdə və ya saytın
Qaydaları pozulduqda həmin İstifadəçinin hesabı blok olunacaqdır.
·
Saytın
Qaydalarını ilk dəfə pozduğu halda İstifadəçiyə xəbərdarlıq edilir, bu hal
təkrarlandıqda isə o, daimi olaraq saytın
Qara Siyahısına daxil
edilir.
·
Saytın Administrasiyası İstifadəçi
tərəfindən qaydaların qəsdən pozulmasını aşkar edərsə və ya hər hansı qayda
pozuntusu ilə bağlı digər İstifadəçilərdən şikayətlər daxil olarsa, onu xəbərdarlıq etmədən bloklamaq hüququnu
özündə saxlayır.
·
Qaydaları pozan
İstifadəçinin elanları (ideyaları) ödənişli olsa belə saytdan silinəcək. Bu halda ödənilən pul geri
qaytarılmır.
·
IDEAMARKET.AZ saytının
Administrasiyası saytın qaydalarının pozulması
halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda
ödənilən pul geri qaytarılmır.
Texniki dəstək xidməti:
·
İstifadəçilər qarşılaşdıqları texniki problemlərlə
bağlı WhatsApp və ya e-poçt üzərindən texniki
dəstək xidməti ilə əlaqə saxlaya bilərlər. Texniki dəstək xidməti 24 saat ərzində
müraciət etmiş İstifadəçi ilə əlaqə saxlayacaqdır.
Qadağan olunmuş elanlar
(ideyalar):
·
Qadağan
olunmuş məhsullar və xidmətlərin yer aldığı elanların (ideyaların)
saytda yerləşdirilməsinə yol
verilmir. Eyni zamanda, elanın (ideyanın)
təsvirində və ya İstifadəçi adında erotik, pornoqrafik,
ədəbsiz, irqçi, ekstremist
və ya Ideamarket.az saytının tələblərinə cavab verməyən digər
məzmun və anlayışların istifadəsi yolverilməzdir.
·
Reklam
xarakterli elanların, şübhəli gəlir əldə etmə üsullarının dərc
olunması, icazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının
və ticarət nişanlarının elanda (ideyada) və ya İstifadəçi adında istifadəsi qadağandır.
Yuxarıda qeyd olunan Qaydalardan hər hansı
birinin pozulması elanın (ideyanın)
silinməsi üçün əsas ola və İstifadəçi
hesabının bloklanması ilə nəticələnə bilər.
Qaydalar, ödənişli xidmətlərin
göstərilib-göstərilməməsindən asılı
olmayaraq, BÜTÜN elanlara (ideyalar) şamil
olunur. Qayda pozuntularına yol verilibsə, haqqı ödənilmiş elanlar (ideyalar) da ləğv edilə bilər.
Tətbiq edilən ödəniş yalnız yerləşdirilən
elan (ideya)
üçün keçərlidir. Ödəniş edildikdən sonra elanı (ideyanı) redaktə
etmək mümkün olsa da, onun məlumatlarını
başqa məlumatlar ilə əvəz etmək qadağandır.
Əgər xidmət artıq göstərilibsə, ödənişli
xidmətlərə görə edilən ödəniş geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin
göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilmir, xidmət başqa
elana keçirilə bilməz.
IDEAMARKET.AZ saytının Administrasiyası Qaydaların, İstifadəçi
razılaşmasının və Məxfilik siyasətinin istənilən
vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi və/və ya
yenilənməsi hüququnu özündə saxlayır.